Etirazçılar İranın iki şəhərini tutublar | VİDEO

   Etirazçılar İranın iki şəhərini tutublar     | VİDEO
  07 Yanvar 2026    Oxunub:626
İranın İraqla sərhədi yaxınlığında yerləşən İlam əyalətinin Abdanan şəhəri etirazçılar tərəfindən nəzarətə götürülüb. Bundan əlavə Mələkşahi şəhəri də etirazçıların nəzarəti altına keçib.
AzVision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, Mələkşahinin etirazçılar tərəfindən ələ keçirilməsini İran Milli Müqavimət Şurası (İMMŞ) açıqlayıb.

“Bu gün İranın qərbində faktiki olaraq etirazçıların nəzarətinə keçən iki şəhərdə böyük hadisə baş verib və insanlar küçələrdə bayram edirlər”, - İMMŞ-nin Xarici Əlaqələr Komitəsinin üzvü Əli Səfəvi telekanala müsahibəsində deyib.

İranın İnsan Haqları üzrə Milli Şurasının prezidenti Məryəm Rəcəvi də “X” sosial şəbəkəsində paylaşım edərək, Mələkşahi və Abdanandakı etirazçılara təşəkkürünü bildirib. Onun sözlərinə görə, etirazçılar “rejimin təhlükəsizlik qüvvələrini geri çəkilməyə məcbur ediblər”.



İranda etiraz aksiyaları güclənir | VİDEO
Bu arada vəliəhd şahzadə Rza Pəhləvi “Fox News” telekanalına açıqlamasında bildirib ki, o, keçid prosesinə rəhbərlik etmək üçün irəli durub. Şahzadə məqsədinin “ ümummilli referendum və konstitusiya məclisi vasitəsilə” sülh yolu ilə dəyişiklik etmək və “həlledici döyüş” üçün “İranda mübarizəyə həmişəkindən daha çox hazır olduğunu” bildirib.

- Mənim rolum həmvətənlərimə bu məqsədə çatmaqda kömək etməkdir. Əgər dünyəvi demokratiya olarsa, son nəticənin necə olacağına qərəzsiz yanaşıram. Şərait tələb edən kimi mən İrandakı vəziyyətə müdaxilə etməyə həmişəkindən daha hazıram və həlledici döyüşə rəhbərlik etmək üçün orada həmvətənlərimin arasında olacağam”, - Pəhləvi teleaparıcı Şonn Hannitiyə bildirib.

Xatırladaq ki, İsaraillə müharibənin nəticələri kimi İrana qarşı sanksiyalar, habelə milli valyutanın devalvasiyasından və təxminən 50 faizlik inflyasiyadan ölkədə qaynaqlanan etirazlar onlarla şəhəri bürüdü, onlarla insan ölüb, 2000-dən çox insan həbs edilib.

Hakimiyyət etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir, interneti məhdudlaşdırır. Vətəndaşlara simvolik olaraq 7 dollar müavinət təklif olunur, halbuki minimum yaşayış dəyəri təxminən 266 dollardır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   etirazçılar   şəhərlər  



Xəbər lenti